Elnur Allahverdiyev zədələndi
25.02.2012 - 00:01
Elnur Allahverdiyev zədələndi
Milli komandamızın futbolçusu Elnur Allahverdiyev zədələnib. Apasport.az saytının xəbərinə görə, “Xəzər Lənkəran”ın da şərəfini qoruyan müdafiəçi bu səbəbdən dünən Dubayda Sinqapurla keçirilən yoldaşlıq görüşünü kənardan izləyib.

Belindən əziyyət çəkdiyini söyləyən Allahverdiyev qarşıdakı yoxlama görüşlərində meydana çıxacağını istisna etməyib.

Qeyd edək ki, millimiz Dubayda 2-ci oyununu fevralın 27-də Hindistana qarşı keçirəcək.