“Son saniyələrdə qapımıza vurulan qol bizə çox pis təsir etdi”
25.02.2012 - 09:33
“Son saniyələrdə qapımıza vurulan qol bizə çox pis təsir etdi". Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Dubayda Sinqapurla keçirilən yoxlama matçından sonra deyib. O, 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib: "Biz yaxşı oynadıq. Bütün komanda üzvləri meydana qələbə üçün çıxmışdı. Amma təəssüf ki, lap sonda qapımızda qol gördük. Bu gün baş məşqçimiz gənclərə oynamaq şansı yaratmışdı. Əminəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik”.
0
0