Berti Foqts: Biz heç-heçəni rəqibə hədiyyə etdik - MÜSAHİBƏ
25.02.2012 - 11:00
Azərbaycan yığması 2012-ci ildə ilk yoldaşlıq görüşündə qüvvəsini sınadı. Dubayda Sinqapur millisi ilə heç-heçə (2:2) nəticələnən oyundan sonra yığmamızın baş məşqçisi Berti Foqts apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Niyə komandamız 2 top üstünlüyünü qoruya bilmədi?
- Hiss olunur ki, Azərbaycan çempionatında fasilə yeni başa çatıb. Komandalar yalnız 2 oyun keçirib və futbolçuların hazırlığı bir o qədər də yaxşı deyil. Onlar 100 faiz formada deyillər. Bunun nəticəsidir ki, 70-ci dəqiqədən sonra komandamız öz səviyyəsində oynaya bilmədi. Biz bir sıra səhvlərə yol verdik. Demək olar ki, rəqibə heç-heçəni hədiyyə etdik. Beynəlxalq səviyyədə bu cür səhvləri bağışlamırlar. 93-cü dəqiqədə rəqib bizim cərimə meydançasında özünü belə rahat aparmamalıdır. Qapımıza təyin edilən penaltidən sonra vurulan 1-ci qol da müdafiədəki sadə səhvin nəticəsi oldu. Bundan əvvəlki matçı yığma noyabrda keçirib. Futbolçular nə qədər çox bir yerdə oynasalar, bir o qədər yaxşıdır. Sinqapur millisi isə bir sıra seçmə mərhələ oyunu keçirib. Yəqin bunun nəticəsidir ki, onlar kifayət qədər yaxşı çıxış etdilər.
- Gənc futbolçuların çıxışı sizdə hansı təəssüratları oyatdı?
- Biz oyunda bir neçə debütanta şans verdik. Lakin bu o demək deyil ki, mən nəticəyə bəraət qazandırmaq istəyirəm. Bir daha deyirəm ki, biz heç-heçəni rəqibə hədiyyə etdik. Ümid edirəm ki, gələcəkdə belə üstünlüyümüz olduğu halda, qələbəni əldən verməyəcəyik.
- Yeni futbolçulardan kimisə fərqləndirmək olarmı?
- Bilirsiniz ki, mən konkret ad çəkməyi xoşlamıram. Yalnız gənc oyunçuların yığmaya uyğunlaşması üçün vaxt tələb olunduğunu deyə bilərəm. Bu oyunda bir sıra təcrübəli futbolçulardan isə narazı qaldım. Hazırda Latviyada çempionat keçirilmir. Bu səbəbdən də Vüqar Əsgərovun oyun təcrübəsi yoxdur. Matçın sonuna yaxın o yorulmuşdu. Bu sözləri Murad Ağayev və Rizvan Umarov barəsində də deyə bilərəm. Lakin tək debütantlar deyil, təcrübəli futbolçular da səhv etdiklərindən qələbəni əldən verdik.
- Siz Sinqapur, Hindistan və Fələstin yığmalarının oyun tərzini DÇ-2014-ün seçmə mərhələsində ilk rəqibimiz olan İsraillə oxşar olduğu fikrində qalırsınızmı?
- Oxşarlıq var, lakin İsrail yığması əlbəttə ki, daha güclüdür. Biz onu nəzərə aldıq ki, onlarla oyun vaxtı Azərbaycan yığmasının futbolçuları optimal formada olmayacaqlar. Çünki həmin zaman Premyer Liqa yeni başlayacaq. Buna görə də indi daha zəif rəqiblərlə oynamağa üstünlük verdik.

0
0