Andrey Arşavin “Arsenal”dan ayrıldı
25.02.2012 - 10:52
Futbol üzrə Rusiya milli komandasının kapitanı Andrey Arşavin İngiltərə “Arsenal”ından Rusiya “Zenit”inə qayıdıb. Lent.az-ın məlumatına görə, bu barədə 30 yaşlı hücumçu öz saytında yazıb.
O, Sankt-Peterburq komandasında icarə əsasında və 29 nömrəli formada çıxış edəcəyini açıqlayıb. Arşavin ətraflı açıqlamanı fevralın 25-də verəcəyini bildirib.
Qeyd edək ki, Andrey Arşavin 2009-cu ilin fevralında “Zenit”dən “Arsenal”a keçib. Onun London klubu ilə müqaviləsi 2012-2013-cü il mövsümünün sonunadək nəzərdə tutulub. Lakin son zamanlar futbolçu “Arsenal”ın əsas heyətində yerini itirib.

0
0