Darmadağın görüb, Azərbaycanla oyuna hazırlaşırlar
25.02.2012 - 12:06
Darmadağın görüb, Azərbaycanla oyuna hazırlaşırlar
Azərbaycan milli komandasının Dubayda təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı Hindistan və Fələstin yığmaları darmadağınla üzləşiblər. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri ilə yoxlama matçı keçirəcək asiyalılar böyükhesabla uduzublar.

Belə ki, hindistanlılar Oman millisi ilə üz-üzə gəliblər və 1:5 hesabı ilə məğlub olublar. Fələstin isə Birləşmiş Ərəb Əmirliklərinin yığması ilə gücünü yoxlayıb. Oyunda ikincilər 3:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, Dubayda ilk matçında Sinqapurla heç-heçə edən (2:2) millimiz fevralın 27-də Hindistanla, 2 gün sonra Fələstinlə qarşılaşacaq.