Yığmalarımız bir-biri ilə qarşılaşdı
25.02.2012 - 17:25
Yığmalarımız bir-biri ilə qarşılaşdı
Bu gün Şağan Olimpiya İdman Kompleksində 17 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma 2:1 hesabı ilə U-17 yığmamızın xeyrinə başa çatıb. U-17-nin qollarının müəllifi Təyyar Məmmədov və Mənsur Nəhavəndi olub. U-16-dan isə Elnur Cəfərov fərqlənib.