Qvardiolaya “İnter”dən 20 milyonluq təklif
26.02.2012 - 10:21
Qvardiolaya “İnter”dən 20 milyonluq təklif
“Barselona”nın baş məşqçisi Xosep Qvardiola cəlbedici təklif alıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” klubunun rəhbərliyi 41 yaşlı ispan çalışdırıcını bu yay baş məşqçi postuna dəvət etmək fikrindədir. Özü də milanlılar Qvardiolaya ildə 20 milyon avro məvacib təklif etməyə hazırdır. Onun “Barsa” ilə başa çatmaqda olan müqaviləsini uzatmamağı “İnter”i ümidləndirib. Cari mövsümdə artıq baş məşqçi dəyişikliyi edən komanda 1 aydan artıqdır qalib gələ bilmir və təcrübəli italiyalı çalışdırıcısı Klaudio Ranyeridən narazı olduğundan, onunla da yollarını ayırmağı düşünür.

Qeyd edək ki, Qvardiola 2008-ci ildən çalışdırdığı “Barsa” ilə çoxsaylı titullar qazanıb, ötən il dünyanın ən yaxşı məşqçisi seçilib.