“Barselona” yeni transferlərə 50 milyon avro ayırıb
26.02.2012 - 12:57
“Barselona” yeni transferlərə 50 milyon avro ayırıb
“Barselona” yay transfer dövrü bağlı planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclü klubu həmin vaxt yeni futbolçuların alınmağına 50 milyon avro ayırıb. “Barsa”nın katibi Susanma Monye mətbuatda bununla bağlı yer alan informasiyanı təsdiqləyib: “Yay transferlərinə təxminən 50 milyon avromuz olacaq. Bu, bazarda digər aparıcı klublarla bərabər səviyyədə rəqabət aparmaq üçün yetərli məbləğdir. Gələcəkdə transferlərə ayrılan pul yalnız artacaq. Ancaq buna baxmayaraq, biz transferlərə ayrılan məbləğlə səliqəli davranmalıyıq”.

Qeyd edək ki, mövsümlərarası fasilədə bir sıra futbolçular almağı planlaşdıran “Barselona” “Tottenhem”in sol cinah yarımmüdafiəçisi Qaret Beyllə “Santos”un braziliyalı hücumçusu Neymara göz dikib.