Premyer Liqamızın iştirakçısı erməni futbolçunu hədələdi
26.02.2012 - 13:38
Moldovanın “Veris” və “Şerif” klubları arasında yoldaşlıq görüşündən sonra insident baş verib. Apasport.az saytının məlumatına görə, final fitindən dərhal sonra stadionun inzibati binasında, paltardəyişmə otağının girişində baş verən böyük dava-dalaşın əsas “qəhrəmanlarından” biri Azərbaycan Premyer Liqasında iştirak etmiş Aleksandr Qolban olub. Vaxtilə “Simurq”da, hazırda Moldovanın I divizionun lideri “Veris”də oynayan moldovalı hücumçunun “Şerif”in erməni əsilli yarımmüdafiəçisi Artyom Xaçaturovla sözü çəp gəlib.
Onlar arasında ilk insident hələ 1-ci hissədə meydanda sərt mübarizədən sonra olub. Onda Qolban Xaçaturovu matçdan sonra paltardəyişmə otağının qarşısında payını verəcəyi ilə hədələyib. Aleksandr oyunun 86-cı dəqiqəsində 2-ci sarı vərəqə alaraq, meydandan qovulduğundan, çox qəzəbli olub və hirsini çıxmaq üçün rəqibinin üstünə cumub. Oyun “Şerif”in 3:1 hesablı qələbəsi ilə nəticələnib və komandasının qollarından birini məhz Artyom vurub.
Qeyd edək ki, Qolban 200910 mövsümündə “Simurq”un heyətində Premyer Liqamızda keçirdiyi 15 oyunda (1255 dəqiqə) 1 qol vurub, 3 sarı vərəqə alıb.

0
0