Millimizin Hindistanla matçını idarə edəcək hakimlər müəyyənləşdi
26.02.2012 - 16:34
Millimizin Hindistanla matçını idarə edəcək hakimlər müəyyənləşdi
Azzərbaycan yığmasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində Hindistan yığması ilə sabahkı yoldaşlıq görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, saat 17:30-da “The Sevens” stadionunda keçiriləcək matçı yerli hakimlər idarə edəcək. Baş Həmad Əlşexə, Məhəmməd Əlyalaf, Ömər Süleyman və Sultan Əbd Əlrazaq kömək edəcək.

Qeyd edək ki, 2:2 hesabı ilə nəticələnən Azərbaycan – Sinqapur matçını BƏƏ-dən olan digər hakimlər idarə etmişdi.

Mənbə: affa.az