Yığmamızın mətbuat üçün açıq məşqi
26.02.2012 - 16:43
Bu gün Azərbaycan yığmasının Dubayda ilk açıq məşqi olacaq. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan millimizin saat 17:10-da “Municipality Club” stadionunda mətbuat üçün açıq məşqi keçiriləcək. Baş məşqçi Berti Foqtsla bir sıra futbolçular bu ölkəyə ezam olunmuş azərbaycanlı jurnalistlərə fikirlərini açıqlayacaq.
Qeyd edək ki, millimiz 2:2 hesabı ilə bərabərliyə qaldığı Sinqapurdan sonra 2-ci oyununu sabah 17:30-da “The Sevens” stadionunda Hindistanla keçirəcək.
Mənbə: affa.az
Qeyd edək ki, millimiz 2:2 hesabı ilə bərabərliyə qaldığı Sinqapurdan sonra 2-ci oyununu sabah 17:30-da “The Sevens” stadionunda Hindistanla keçirəcək.
Mənbə: affa.az
0
0