Millimizə düşərli tarix: Fevralın 27-də keçirilən oyunun əsas özəlliyi
26.02.2012 - 17:33
Azərbaycan yığması Hindistan millisi ilə görüşəcəyi fevralın 27-si tarixində 1 oyun keçirib. Apasport.az saytının hesablamarına görə, bu, 1996-cı ildə Kiprin Larnaka şəhərində Farer adaları yığması ilə keçirilən yoldaşlıq görüşüdür. Həmin matç millimizin inamlı qələbəsi ilə nəticələnib – 3:0. Bu nəticənin əsas özəlliyi ondadır ki, yığmamızın 1992-ci ildən başlayan tarixində ilk böyük hesablı qələbəsi olub.
Həmin vaxt Kazbek Tuayevin baş məşqçisi olduğu komandamız artıq fasiləyə kimi 3 qol vuraraq, qələbəni təmin edib. Futbolçularımızdan Vyaçeslav Lışkin 10-cu, Yunis Hüseynov 23-cü (penaltidən), Qurban Qurbanov 30-cu dəqiqədə rəqib qapısına yol tapıb. Təbii ki, 16 il öncə keçirilən həmin oyunda iştirak edən futbolçulardan hazırda millidə olan yoxdur. Dubay hazırlığı öncəsi millimizin məşqçisi təyin ediılən keçmiş hücumçumuz Nazim Süleymanov Farer adaları ilə matçda oynamadığından, kapitan sarğısını Hüseynov daşıyıb. Qurbanov isə Dubaydakı oyunu “Qarabağ”ın baş məşqçisi kimi kənardan izləyəcək. Belə ki, millimizin hazırkı toplanışına Premyer Liqa klublarımızın çalışdırıcıları dəvət olunub.
Qeyd edək ki, almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu yığmamız sabah Dubayda Hindistana qalib gələrsə, bunu 2012-ci ilin ilk qələbəmiz kimi millinin tarixinə yazdıracaq. Orada Sinqapur yığması ilə ilk matçımızı keçirdiyimiz fevralın 24-də heç kimlə görüşməmişdik.
Mehman SÜLEYMANOV

0
0