Dubaya gələn Premyer Liqa klublarımızın baş məşqçiləri
26.02.2012 - 17:22
Dubaya gələn Premyer Liqa klublarımızın baş məşqçiləri
Azərbaycan Premyer Liqasında çıxış edən bir sıra klubların baş məşqçiləri Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar. Apasport.az saytının məlumatına görə, türkiyəli Cüneyt Biçər (“Xəzər Lənkəran”), almaniyalı Bernard Raab (“Sumqayıt”), Rafiq Mirzəyev (AZAL), Fuad İsmayılov (“Kəpəz”) artıq Dubaydadır. Onlar millimizin axşam məşqini, fevralın 27-də Sinqapur, 29-da Fələstin yığması ilə yoldaşlıq görüşünü izləyəcək.

Qeyd edək ki, AFFA Premyer Liqamızdakı 12 klubun hamısının çalışdırıcısını Dubaya dəvət etsə də, onlardan bəziləri müxtəlif səbəblərdən bu hazırlığa qatılmayıb.