Aleksey Savinov Superliqa klubuna lazım olmadı
26.02.2012 - 18:15
“Bakı”nın transferə çıxardığı moldovalı futbolçu Aleksey Savinovun Qazaxıstanın “Kaysar” klubuna keçidini baş tutmayıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi bir müddətdir baxışda olduğu Superliqa təmsilçisinə lazım olmayıb. Savinov bu komandanın heyətində Antalyada təlim-məşq toplanışında iştirak etsə də, sonda geri qaytarılıb.
Qeyd edək ki, Savinov həmyerlisi Vadim Boretslə birgə 2008-ci ildən çıxış etdiyi “Bakı”dan qış fasiləsində kənarlaşdırıldı. Latviyalı baş məşqçi Aleksandr Starkov onların xidmətində maraqlı olmayandan sonra özlərinə klub tapmalı olublar. Təcrübəli müdafiəçilərin cari mövsümün sonuna kimi “zolaqlılar”la müqaviləsi olduğundan, başqa komandaya keçidi razılaşdırılmalıdır.

0
0