Rayan Giqqzdən fantastik göstərici
26.02.2012 - 20:02
Rayan Giqqzdən fantastik göstərici


Rayan Giqqzdən fantastik göstərici

“Mançester Yunayted”in veteran futbolçusu Rayan Giqqz yeni rekordlar müəyyənləşdirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, 39 yaşlı uelsli yarımmüdafiəçi bu gün komandasının heyətində fantastik göstəriciyə imza atıb. Belə ki, Rayan Mançester təmsilçisinin heyətində 900-cü oyununu keçirib. Bu, Premyer Liqada “Norviş”lə səfər oyununda reallaşıb. Özü də “Mançester Yunayted”on 2:1 hesabı ilə qalib gəldiyi oyunda təcrübəli futbolçu qələbə topunun müəllifi olmaqla, yubileyini vacib qolla qeyd edib.

Rayan komandasının heyətində 1991-ci ilin martın 2-də debüt edib. O, 900 oyundan 631-i ölkə çempionatında, 108-i İngiltərə kuboklarında, 143-ü avrokuboklarda, 18-i ölkə, UEFA Superkubokunda və Qitələrarası kubokda keçirib. Bir klubda 900 oyun səddinə yalnız “Milan”ın müdafiəçisi Pasolo Maldini çatıb. O, həmin yubiley matçını doğma komandasında son mövsümdə - 2009-cu ildə keçirib.

Qeyd edək ki, Giqqz 20 ildən artıqdır fasiləsiz Aleks Ferqyusonun rəhbərliyi altında fasiləsiz oynadığı “Mançester Yunayted”in heyətində çoxsaylı titullar qazanıb.