Əfran İsmayılov yalnız qələbəyə köklənib
26.02.2012 - 20:16
Əfran İsmayılov yalnız qələbəyə köklənib
Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov Hindistan yığması ilə yoldaşlıq görüşündə qələbəyə köklənib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın sağ cinah yarımmüdafiəçisi sabahkı matçda yalnız qalib gəlmək haqda düşünür: “Hindistan yığmasına mütləq qalib gəlməliyik. Biz Sinqapur millisinə zəif rəqib kimi yanaşdıq və bunun acı nəticəsini gördük”.

Qeyd edək ki, millimiz Sinqapurla hesabda 2:0 irəlidə olduğu oyunda sonda 2 qol buraxaraq, qələbəni əldən verdi – 2:2.