Aleksandr Çertoqanov: Onda biz də Hindistan yığmasına qalib gəlməliyik
26.02.2012 - 20:21
Aleksandr Çertoqanov: Onda biz də Hindistan yığmasına qalib gəlməliyik
Azərbaycan yığmasının futbolçusu Aleksandr Çertoqanov Dubaydakı təlim-məşq toplanışından razılığını ifadə edib. Apasport.az saytının məlumatına görə, milliləşdirilən ukraynalı yarımmüdafiəçi xaricdə belə hazırlıq prosesini faydalı sayır: “Ümumiyyətlə, belə toplanışlar milli komandanın yalnız faydasına gedir. Hesab edirəm ki, bu cür hazırlıq proseslərini tez-tez keçirmək lazımdır. Hindistan yığması ilə sabahkı oyunda qalib gəlməliyik. Əgər rəqibimiz Oman yığmasına 1:5 hesabı ilə uduzubsa, onda biz də onu yenməliyik”.

Qeyd edək ki, millimiz yanvarın 22-dən başlayan, martın 1-dək Dubayda davam edəcək toplanışda ilk yoldaşlıq görüşündə Sinqapur yığması ilə 2:2 hesablı heç-heçə edib.