Əfran İsmayılov: Sinqapur zəif idi
27.02.2012 - 00:01
Bir həftəyə yaxındır Dubayda təlim-məşq toplanışında olan Azərbaycan yığması dünən axşam məşqinə çıxdı. Məşqdən sonra yığmamızın futbolçusu Əfran İsmayılov apasport.az saytının əməkdaşı ilə qısa söhbətində fevralın 24-də Sinqapurla keçirilmiş oyun (2:2) barədə fikirlərini bölüşdü.
“Həmin görüşdə 2 qol vurub, önə çıxsaq da, sonda qələbə qazana bilmədik. Düzdü, Sinqapur zəif rəqib idi. Buna baxmayaraq, hər hansı rəqibin zəif olduğunu düşünüb, arxayınlaşmaq olmaz. Onlar 2 top fərqi ilə geridə olmalarına baxmayaraq, sonda məğlubiyyət qaçdılar” – deyə, İsmayılov bildirib.
Millimizin baş məşqçisi Berti Foqts həmin qarşılaşmada düşərgəyə cəlb etdiyi gənc futbolçulara da şans verdi. Əfranın fikrincə, bu amil nəticənin belə alınması üçün bəhanə olmamalıdır: “Düzdür, heyətdə gənc futbolçular almışdılar ki, baş məşqçi onları sınaqdan keçirirdi. Amma gənclərin oynaması, heç-heçə üçün səbəb deyil. Əziyyət çəkib 2 qol vursaq belə, qazandığımız üstünlüyü qoruya bilmədik”.
Yığmamız toplanış çərçivəsində bu gün daha bir yoldaşlıq matçında qüvvəsini sınayacaq. Növbəti rəqibimiz Hindistan millisi olacaq ki, 24 yaşlı hücumçu qələbə qazanmağın vacibliyini bildirib: “Mütləq qələbə qazanmalıyıq. Hindistanın bizdən öncə Oman millisinə 1:5 hesabı ilə uduzması bizi arxayınlaşdırmamalıdır. İndi zəif rəqib yoxdur. Biz Sinqapura zəif rəqib kimi baxırdıq. Sonda nəticənin necə olduğunu hamı gördü. Hansısa rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Meydana çıxıb, öz oyunumuzu oynamalıyıq”.
Təbii ki, son saniyələrdə buraxılan qoldan sonra baş məşqçinin futbolçuları tənqid etməsi gözlənilən idi. Maraqlıdır, qələbənin əldən getdiyi Sinqapurla qarşılaşmadan sonra almaniyalı mütəxəssis futbolçulara nə deyib?
İsmayılovun sözlərinə görə, Foqts paltardəyişmə otağında konkret hansısa futbolçuya yox, bütün komanda üzvlərinə irad tutub: “Dedi ki, niyə arxayınçılıq etdiniz, sonadək oynamaq lazımdır. Çünki komanda zəif oynadı”.
İxtiyar ƏSGƏROV
DUBAY

0
0