Aleksandr Çertoqanov: Bizim üçün zəif rəqib yoxdur
27.02.2012 - 13:00
“Sinqapurla oyunda konsentrasiyamız çatmadı. Hesabda 2:0 öndə idik. Yəqin ki, bundan sonra arxayınlaşmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Aleksandr Çertoqanov deyib.
32 yaşlı yarımmüdafiəçi Sinqapur yığması ilə Dubayda keçirilən yoxlama oyunu, komandadakı durumla bağlı fikirlərini açıqlayıb: “Matçın sonluğunda oyun alınmadı. Görünür uçuş təsirini göstərdi. İstənilən halda belə rəqiblə heç-heçə etməkdə özümüz günahkarıq. Buna məyusuq. Yenilər çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Onlar üçün bu ilk toplanışdır. Görünür millinin təcrübəli oyunçuları ilə anlaşmanın yoxluğu hiss olunur. Yeni oyundaşlarımızla oynamaq çətindir, bir-birimizə uyğunlaşmaq lazımdır. Bu futbolçular yenə milliyə çağırılarsa bir-birimizi daha yaxşı başa düşəcəyik. Hər bir yığma məşqçisi istəyər ki, komanda tez-tez yığışsın. Amma bu heç də həmişə mümkün deyil. Bizim üçün zəif rəqib yoxdur. Məlumdur ki, Avropada komandalar daha güclüdür. Sadəcə öz oyunumuzu hiss etmək, gücümüzə inanmağımız lazımdır. Sinqapurla oyunun nəticəsinə bütün uşaqlar üzüldü. Bundan nəticə çıxarmalıyıq ki, Hindistan və Fələstinlə görüşdə eyni səhvlər təkrarlanmasın. Sinqapurla oyunun nəticəsi qeyri-qənaətbəxşdir. Məsuliyyətli olub, oyunlara daha çox köklənməliyik. Rəqibin kimliyindən asılı olmayaraq ciddi mübarizə aparmaq lazımdır”.
Qeyd edək ki, Azərbaycan – Sinqapur oyunu 2:2 hesabı ilə başa çatıb.

0
0