Millimizin üzvü 3 qol, 1 avtoqol vurdu
27.02.2012 - 10:30
Futzal üzrə Ukrayna çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının milliləşən braziliyalıları Serjao və Biro Jadenin çıxış etdiyi “Uraqan” klubu səfərdə “Energiya” ilə qarşılaşıb. Futzalçılarımızın ötən mövsüm qızıl medallara daşıdığı son çempion hazırkı lider qarşısında aciz qalıb – 5:8. Zədəli Biro Jadenin yenə oynamadığı qarşılaşmanın qəhrəmanı Serjao olub. Het-trik müəllifi olub rəqib qapısına 3 qol vuran braziliyalımız 1 dəfə də avtoqola üzülüb. Ümumilikdə çempion bu görüşdə 2 dəfə öz qapısına qol vurub.
Qeyd edək ki, hesabında 16 oyundan sonra hesabında 26 xal olan “Uraqan” liderdən 14 xal geri qalaraq 3-cü pillədə qərarlaşıb. 14 qol vuran Serjao isə bombardirlər yarışında liderin 6 qol fərqində - 2-ci pillədə qərarlaşıb.

0
0