İlin ilk qələbəsi - YENİLƏNİB
27.02.2012 - 19:28
İlin ilk qələbəsi - YENİLƏNİB
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Berti Foqtsun yetirmələrinin 2-ci sınağı da Asiya təmsilçisi – Hindistan yığması ilə olub. Oyun millimizin böyük hesablı qələbəsi ilə nəticələnib – 3:0.

Bununla, yığmamız 2012-ci ildə ilk qələbəsini qazanıb. Tarixində ilk dəfə Hindistanla görüşən yığmamız bunadək oynamadığı Sinqapurla Dubayda 2:2 hesablı bərabərliyə qalmışdı.

27 fevral
HİNDİSTAN - AZƏRBAYCAN – 0:3
QOLLAR: Vüqar Nadirov, 3, Mahir Şükürov, 43 (pen), Nizami Hacıyev, 84
Hakimlər: Həmad Əlşex, Məhəmməd Əlyalaf, Ömər Süleyman, Sultan Əbd Əlrazaq (Hakimlər hamısı Birləşmiş Ərəb Əmirlikləri)
Dubay. “The Sevens” stadionu

Azərbaycan: 1. Kamran Ağayev, 2. Rail Məlikov, 3. Aqil Nəbiyev, 4. Mahir Şükürov, 6. Rəşad Sadiqov, 11. Rauf Əliyev, 13. Hacı Əhmədov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 26. Vüqar Əsgərov

Hindistan: 25. Subhasiş Roy Choudhury, 22. Quramanqi Sinqh (k), 19. Syed Rahim Nabi, 3. Racu Eknath Qaikvad, 27. Quryinder Sinqh, 32. Reysanqmi Vaşum, 45. Maniş Maythani, 17. Adil Ahmed Khan, 26. Fransisko Fernandes. 18. Chonqtham Suşilkumar Sinqh, 9. Yoaxim Santan Abrançes

Komandalar meydana çıxır.
Hər iki ölkənin dövlət himni səslənir.
Millimiz ağ, Hindistan isə göy rəngli formada oynayacaq.
Xocalı soyqırımı ilə bağlı 1 dəqiqəlik sükut elan olunur.
Qarşılaşmaya rəqib başlayır.
İlk təhlükəli vəziyyəti yığmamız yaratdı. Amma Rauf qapıçını keçə bilmir.
QOOOOL
Vüqar Nadirovun 3-cü dəqiqə cərimə meydançası qarşısından qüvvətli zərbəsi dəqiq oldu.
1:0. Millimiz erkən qol vurur.
Millimiz ikinci qolu vurmağa yaxın olur.
Qapı qarşısında qarşılıqdan istifadə edə bilmədik.
Rauf Əliyev qapıçı ilə təkbətək mübarizədə fərqi artıra bilmir.
Nadirovun zərbəsi müdafiəçiyə dəyib geri qayıdır.
Ardınca Rauf 3 metrdən boş qapıya düşə bilmir.
Mahir Şükürov ofsayda düşür.
Qapıçı Nadirovun zərbəsini tutur.
Millimizin daha bir hücumu. Rauf Mahirin qapı qarşısına ötürməsinə dəqiq zərbə vura bilmir.
Nadirov sol cinahdan irəliləyib qapı qarşısında Raufu zərbə mövqeyinə çıxarmaq istəsə də, ötürmə dəqiq olmadı.
Hindistan yığmasının hücumu. Sinqhin zərbəsi qapının üstündən keçdi.
Mahir 100 faizli qol şansını qaçırır. Onun cərimə meydançası daxilində rəqib futbolçunu aldadıb qapıya zərbəsini qapıçı tutur.
Penalti. Mahiri yıxırlar.
Zərbəni Şükürovun özü vuracaq.
QOOOOL
2:0. Yığmamız Mahirlə fərqi artırır.
Hakim ilk yarıya 1 dəqiqə əlavə edir.
İlk hissə başa çatdı.

İkinci hissə başladı.
Komandamızın heyətində hansısa əvəzetmə olmayıb.
Hindistan yığması ikinci hissəyə bir qədər fəal başlayıb.
Rəqibin növbəti hücumu. Amma Kamran topa daha tez yetişir.
Kamran komandamızı real qoldan xilas edir. Qapşımız Suşilkumar Sinqhin başla zərbəsini kornerə çıxardı.
Oyunçu dəyişikliyi. Foqts Əfranı Şükürovun yerinə meydana buraxır.
Rəşad Sadiqovun zərbəsi qapının ütündən keçdi.
Əfran 1 futbolçunu keçib cərimə meydançasına daxil olur. Futbolçunun qapıya zərbə vurmaq cəhdi alınmır.
Foqts növbəti dəyişikliyə əl atır. Nizami Hacıyev Vüqar Əsgərovu əvəzləyir.
Millimiz ardıcıl ikinci künc zərbəsindən istifadə edir.
Nizami Hacıyevə qarşı kobud oynayırlar.
Rail Məlikovun yerinə meydana Arif Daşmədirov çıxır.
QOOOOL
Nizami Hacıyev fərqi 3 topa çatdırır.
Hacı Əhmədovun zərbəsi qapıdan azacıq aralı keçir.
Oyun başa çatdı.