“Barselona”nın əfsanəsi qovuldu
27.02.2012 - 11:13
“Barselona”nın əfsanəvi futbolçularından olan Xose Mariya Bakero qovulub. Apasport.az saytının məlumatına görə, Polşanın “Lex” klubu 2 ildir baş məşqçisi olan ispan çalışdırdıcını istefaya göndərməyi qərara alıb. Poznan təmsilçisi qış fasiləsindən sonra keçirdiyi hər iki oyunda uduzub – 0:1 və 0:3. Nəticədə klub hazırda turnir cədvəlində 6-cı yerdə gedir. 90-cı illərdə “Barsa”da çıxışı ilə məşhurlaşan keçmiş yarımmüdafiəçi bunadək Polşada “Poloniya”, vətənində “Real Sosyedad”ı çalışdırıb.
Qeyd edək ki, “Lex” 2010-cu ildə Bakının “İnter” klubunu Çempionlar Liqasında II təsnifat mərhələsində oyun sonrası penaltilərlə kənarlaşdırıb.
Qeyd edək ki, “Lex” 2010-cu ildə Bakının “İnter” klubunu Çempionlar Liqasında II təsnifat mərhələsində oyun sonrası penaltilərlə kənarlaşdırıb.
0
0