Mahir Şükürov: Bu, bizim köhnə ziyanlı vərdişimizdir
27.02.2012 - 11:55
“Milli komandamız 3 aydan artıqdır yığışmırdı. Buna görə Dubay toplanışı çox vacibdir”. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının vitse-kapitanı Mahir Şükürov deyib. Dubaydakı təlim-məşq toplanışında Sinqapur yığması ilə 2:2 hesablı bərabərliyə qaldığımız yoldaşlıq görüşündə 2-ci qolumuzun müəllifi olan təcrübəli futbolçu gənclərin sınanmağından danışıb: “Toplanışa bir sıra gənc futbolçularımız dəvət olunub. Bu da hazırlıq prosesinin seleksiya xarakteri daşımağı ilə bağlıdır. Baş məşqçimiz gənc futbolçulara Sinqapurla oyunda özlərini göstərməyə şans verdi. Fikrimcə, Hindistan yığması ilə matçda da onlara oynamağa imkan yaradacaq”.
Premyer Liqamızda mübarizə yeni bərpa olunduğundan, futbolçular oyun praktikasından əziyyət çəkirlər. Özü də klublarımız yanvarda Antalyada uzun müddətli təlim-məşq toplanışında olduqlarından, oyunçularda psixoloji yorğunluq yaranıb. Elə Mahir də bu planda onlara çətin olduğunu bildirib: “Ancaq bu, yığma üçün həddən artıq vacibdir. Oyunda anlaşmanı qaydasına salmağımız lazımdır. Həm də yığmanın heyətində səfər elə uzun müddətli deyil – cəmi 9 gündür”.
Şükürov son saniyələrdə buraxdığımız qolla qələbəni əldən verməyimizi arxayınçılıqla əlaqələndirib: “Mən hətta həmin anda komanda yoldaşlarıma dedim ki, 2 dəqiqə qalıb, arxayınlaşmayın. Ancaq bir saniyə konsentrasiyanın itirilməyi öz sözünü dedi və nəticədə 2-3 ötürmədən sonra qol buraxdıq. Son dəqiqələrdə qol buraxmaq bizim “keçmiş ənənəmiz”dir, köhnə ziyanlı vərdişimizdir. Neçə illərdir bunun üzərində işləyirik, ancaq nəticə hələ ki yoxdur. Əgər futbolçu fiziki cəhətdən yorulursa, onda psixologiya ilə də bağlı problem yaranır”.

0
0