Ən ağır zərbəni SSRİ-dən alan “möcüzə oğlanlar”
27.02.2012 - 12:27
Azərbaycan milli komandasının Dubaydakı təlim-məşq toplanışında bugünkü rəqibi olan Hindistan yığması bizim kimi dünya çempionatının final mərhələsində iştirak etməyib. Apasport.az saytının məlumatına görə, bu ölkə hələ 1950-ci ildən məsul turnirlərə qatılmaq imkanı qazansa da, bundan istifadə edə bilməyib. Həmin vaxt FİFA-dan aldığı dəvəti qəbul etməyən Hindistan 4 il sonra həmin qurum tərəfindən yarışa buraxılmayıb. Rəqibimiz 1958-70-ci illərdə seçmə mərhələdə iştirak etməyib, 1970-2010-cu illərdə final mərhələsinə çıxa bilməyib.
Əvəzində hindistanlıların digər turnirlərdə uğurları olub. Belə ki, komanda 1964-cü ildə Asiya kubokunun gümüş medalını qazanıb. Rəqibimiz 1956-cı ildə Olimpiadada 4-cü yeri tutub, Asiya oyunlarında 2 dəfə çempion (1951 və 1962-ci illərdə), 1 dəfə bürünc medalçı (1970) olub. Bu ölkənin yığması Asiya Futbol Konfederasiyasında Çağırış Kubokunda 1 (2008), Cənubi Asiya Futbol Federasiyasının Kubokunda 6 dəfə (1993, 1997, 1999, 2005, 2009, 2011) çempion, 2 dəfə gümüş (1995, 2008), 1 dəfə bürünc medal (2003) qazanıb. Cənubi Asiya Oyunları da Hindistan yığması üçün uğurlu olub. Belə ki, o, 3 dəfə (1985, 1987, 1995) turnirin qalibi adını, 2 dəfə (1993, 2004) gümüş və bürünc (1989, 1999) mükafat qazanıb.
2 dəfə - 2007 və 2009-cu illərdə Neru kubokunu qazanan Hindistan yığması ilk oyununu 1948-ci ilin iyulun 31-də Fransa millisi ilə keçirib. Fransızlar İngiltərənin paytaxtı Londonda keçirilən matçda rəqibini minimal hesabla yenə bilib – 2:1. Hindistanlıların ən böyük hesablı qələbəsi 1963-cü ilin dekabrın 16-da evdə Seylon yığması üzərində 7:1 olub. Ən böyük hesablı məğlubiyyətini isə 1955-ci ilin sentyabrın 16-da Moskvada SSRİ yığmasından 1:11 hesabı ilə alıb.
FİFA-nın son reytinqində 154-cü olan olan Hindistan yığmasının ləqəbi “möcüzə oğlanlardır”. Yerli mütəxəssis Savio Madeyranın baş məşqçisi olduğu yığma ölkə daxilində çıxış edən futbolçulardan təşkil olunub. Klimaks Lourensin kapitanı olduğu yığmada ən çox oynayan 110 dəfə meydana çıxan Şabbir Ali, bombardir 65 qol vuran Pradip Banerjidir. Ancaq onlar millimizə qarşı oynamayacaq.

0
0