Dik Advokatın Azərbaycan gələcəyi hələ müəyyənləşməyib
27.02.2012 - 12:47
Dik Advokatın Azərbaycan gələcəyi hələ müəyyənləşməyib
Azərbaycan milli komandasının 2014-cü ildə dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının baş məşqçi məsələsində qeyri-müəyyənlik yaranıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımızın hollandiyalı baş məşqçisi Dik Advokatın ölkəmizə gələcəyi hələ bilinmir. Məsələ ondadır ki, ruslar təcrübəli mütəxəssislə yayda başa çatmaqda olan müqavilənin gələcək taleyinə aydınlıq gətirməyib: “Rusiya Futbol İttifaqı (RFİ) ilə bağladığım müqavilənin uzadılmağı ilə bağlı məsələdə hazırda heç bir irəliləyiş yoxdur. Məsələ hələ də açıqdır. Bu, həm mən, həm də federasiya tərəfindən belədir. Ola bilər ki, apreldə hansısa qərar qəbul etdik”.

RFİ-nin prezidenti Sergey Fursenko ilə Advokat hələ ötən il əməkdaşlığın uzadılmağı ilə bağlı niyyətlərini açıqlayıb. Onlar bunu Avro-2012-nin final mərhələsinə kimi etməyi planlaşdırsalar da, hələ irəliləyiş yoxdur. Nəticədə Advokat PSV-dən təklif alıb ki, ruslar anlaşmanı uzatmasa, mütəxəssis yenidən vətənində çalışmalı olacaq.

Qeyd edək ki, uzun müddətdir Rusiyada çalışan, “Zenit”lə bir sıra uğurlar qazanan Advokat yığmanı final mərhələsinə qrup qalibi kimi çıxarıb.