Rusiya yığmasının Azərbaycanda geyəcəyi forma - FOTO
27.02.2012 - 13:27
Rusiya yığmasının Azərbaycanda geyəcəyi forma - FOTO
Rusiya milli komandası səfər oyunları üçün yeni formasını təqdim edib. Apasport.az saytının məlumatına görə, ruslar 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə səfər matçına ağ formada çıxacaq. Bu, fevralın 29-da Danimarka yığması ilə Kopenhagendəki yoldaşlıq görüşü öncəsi Rusiya Futbol İttifaqının texniki sponsoru olan “Adidas” tərəfindən nümayiş olunub. Millinin 2-ci dəst forması bu ilin iyununda keçiriləcək Avropa çempionatının final mərhələsi üçün nəzərdə tutulub.

Rusların əsas forması hələ ötən ilin noyabrında nümayiş edilmişdi. Bu, qırmızı formada olsa da, indiki ağdır. Yəni üslub eynidir, sadəcə, rənglərdə fərq var. Səfər formasını “Zenit”in və yığmanın hücumçusu Aleksandr Kerjakov təqdim edib.

Forma ilə bağlı fikirlərini açıqlayan millinin baş məşqçisi Dik Advokat ilk növbədə Kerjakovun sağaldığına görə sevindiyini bildirib: “Biz “Adidas”la federasiya tərəfdaşlığını qiymətləndiririk. Çünki bilirik ki, bu şirkət keyfiyyətin təminatıdır. Ümid edirik ki, bizim komanda çempionatda buna eyni ilə cavab verəcək”.

Qeyd edək ki, Rusiya yığması millimizlə ev oyununu bu, səfər matçını gələn il keçirəcək.