“Meydana çıxmaq üçün alışıb-yanıram”
27.02.2012 - 13:41
“Meydana çıxmaq üçün alışıb-yanıram”
"Tez bir zamanda zədəmi sağaldıb komandama kömək etmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin braziliyalı futbolçusu Rodriginyo deyib.

Müalicəsini Bakıda davam etdirən yarımmüdafiəçi fitnes zalında məşqlərə başlayıb. Braziliyalı hazırkı durumunu klubun rəsmi saytına açıqlayıb: “Həkimlərin nəzarəti altında məşqlərə başlamışam. Hələlik yüngül fiziki hərəkətlərlə kifayətlənirik. Meydana çıxmaq üçün alışıb-yanıram".