Yığmamız Tümenə gedəcək
27.02.2012 - 14:52
Yığmamız Tümenə gedəcək
Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda Azərbaycan milli komandasının Rusiya yığması ilə səfərdə keçirəcəyi play-off oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiya – Azərbaycan qarşılaşması aprelin 9-da, saat 21:00-da, Tümen şəhərindəki Mərkəzi İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, bu komandalar play-off mərhələsinin ilk oyununda martın 27-də Bakıda qarşılaşacaqlar.

Mənbə: affa.az