Rusiya – Azərbaycan matçının Tümendə keçirilməyinin səbəbi açıqlandı
27.02.2012 - 15:06
Rusiya – Azərbaycan matçının Tümendə keçirilməyinin səbəbi açıqlandı
Rusiya və Azərbaycan futzal yığmalarının dünya çempionatının pley-off mərhələsindəki cavab oyununun Tümendə keçirilməyinin səbəbi açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Tümen” futzal klubunun prezidenti Aleksandr Popov niyə məhz onların meydançasının - Mərkəzi İdman Kompleksinin seçilməyini izah edib. Onun sözlərinə görə, həmin arenada oyunun keçirilməyi üçün hər cür şərait var: “Oyunçuların və məşqçilərə rahat olmaq üçün sərf texniki məsələlər qaydasındadır. Biz belə tədbirləri ən yüksək səviyyədə təşkil edə bildiyimizi artıq sübut etmişik. Üstəlik, yəqin ki, tribunalarımız dolacaq. Əlbəttə, buna Moskvada nail ola bilməzsən. Onu unutmaq lazımdı ki, komandamızın 3 oyunçusu əsas yığmada çıxış edir. Bütün bu amilləri nəzərdə alan Rusiyanın Mini-Futbol Assosiasiyası Azərbaycanlı matçı bizim şəhərdə keçirməyi təklif etdi”.

Qeyd edək ki, aprelin 9-da keçiriləcək matç Bakı vaxtilə saat 21:00-da başlayacaq.