Yıldırım Dəmirörən TFF-nin yeni prezidenti seçildi
27.02.2012 - 15:15
Yıldırım Dəmirörən TFF-nin yeni prezidenti seçildi
Bu gün Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezidentinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Ankarada “Marriott” otelində keçirilən fövqəladə qurultayda Yıldırım Dəmirörən qurumun 41-ci prezidenti seçilib.

Yeganə namizəd olan “Beşiktaş” klubunun sabiq rəhbəri 229 səsdən 221-ni qazanıb. Qurultayda UEFA-nın vitse-prezidenti Şenes Erzik də iştirak edib.

Qeyd edək ki, TFF-nin son prezidenti Mehmet Ali Aydınlar 216 gün vəzifədə olub. O, ötən ilin iyunun 29-da bu vəzifəyə seçilib və bu il yanvarın 31-də istefa verib.