Sergey Yuran: Nə istefa?
27.02.2012 - 17:00
“Mən postumdan getməmişəm. İstefamla bağlı deyilənləri ilk dəfə sizdən eşidirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un baş məşqçisi Sergey Yuran deyib.
Rusiyalı çalışdırıcı ötən ilin iyulundan baş məşqçisi olduğu “Simurq”dan istefası verməyi ilə bağlı yayılan informasiyaya münasibətini bildirib.
Yuranın klubla mövsümün sonunadək olan müqaviləsinin bitməyini gözləməyi daha məqsədəuyğun sayır. Yəni Zaqatala təmsilçisi “altılığ”a düşə bilməsə də, baş məşqçi mövsümün qalan hissəsində vəzifəsində qalmağı üstün tutub.
Yuran vətənində qısamüddətli istirahətdən qayıtdıqdan sonra Bakıda klubun prezidenti Anar Bəkirovla görüşdüyü təsdiqləyib: “Ancaq orada istefamla bağlı söhbət olmayıb. Biz sadəcə, qarşıdakı planları müzakirə etdik. Baş məşqçi istefa versə belə, son qərarı rəhbərlik verir. Ancaq mən istefa verməmişəm, bu, birmənalıdır. “Simurq”un çalışdırıcısı kimi fəaliyyətimi davam etdirirəm”.
43 yaşlı mütəxəssis Premyer Liqamızın növbəti turunda martın 3-də “Kəpəz”lə Gəncədə səfər oyununa hazırlaşdıqlarını bildirib: “Artıq Zaqataladayam və komandanın məşqlərinə rəhbərlik edirəm. Legionerlər, o cümlədən uzun müddətdir düşərgədə olmayan litvalı hücumçu Robertas Poşkus da gəlib. Onun ağır vəziyyətini başa düşməliyik. Yeni doğulmalı olan uşağı öldüyündən, hazırlıqdan kənarda qalmalı oldu”.
Mehman SÜLEYMANOV

0
0