Ramin Musayev Azərbaycan – Hindistan oyununda - FOTO
27.02.2012 - 19:03
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. Apasport.az saytının məlumatına görə, qurum başçısı milli komandamızın təlim-məşq toplanışında olduğu Dubaya gələrək, AFFA-nın baş katibi Elxan Məmmədovla birgə Azərbaycan – Hindistan oyununu izləyir. “Sumqayıt”ın almaniyalı baş məşqçisi Bernard Raab kimi prezidenti Kamran Quliyev də hazırda oradadır. Onlar Premyer Liqa klublarımızın Dubaya gələn baş məşqçiləri ilə birgə matçı tribunadan izləyir.
0
0