Yığmamız İrana uduzdu
27.02.2012 - 19:28
Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığması 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş İran millisi ilə yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, bu gün Şağan Olimpiya İdman Kompleksində baş tutan oyun rəqibin 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində Şahban Cəbrayılov dubl edib. Daha bir qola Elnur Cəfərov imza atıb.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0