Berti Foqts: Təki belə qələbələrin sayı daha çox olsun
27.02.2012 - 20:21
“Təki belə qələbələrin sayı daha çox olsun”. Bu sözləri apasport.az saytına açıqlamasında millimizin baş məşqçisi Berti Foqts deyib.
Yığmamız Dubayda keçirdiyi toplanış çərçivəsində ikinci yoxlama matçını 3:0 hesablı qələbə ilə başa vurdu. Millimizin Hindistan üzərindəki qələbəsi almaniyalı mütəxəssisin rəhbərliyi altında yubiley – 10-cu idi.
Foqtsun sözləri görə, qələbə üçün bütün komanda üzvləri üzərinə düşən vəzifəni yerinə yetirməlidir: “Bu gün yaxşı futbol oynadıq. 3 qol vursaq da, bəzi epizodlarda da fərqlənə bilərdik. Bu gün Hindistana qarşı oynadıq, amma güclü rəqiblərlə görüşlərdə səhvlərə yol vermək olmaz. Çünki güclü rəqiblər buraxılan səhvləri bağışlamırlar. Hücuma keçəndə səhvlərə yol veririk. Bunun üzərində işləməlyik”.

0
0