Yığmamızda daha 3 debüt
28.02.2012 - 11:16
Azərbaycan milli komandasında çıxış edən futbolçuların sayı 176-ya çatıb. Apasport.az saytının məlumatına görə, 20 illik tarixində 183-cü matçını keçirən millimizdə daha 3 futbolçu Dubaydakı təlim-məşq toplanışında Hindistan yığmasına 3:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə debüt edib. Bunlardan “Sumqayıt”ın müdafiəçisi Hacı Əhmədov əsas heyətdə meydana çıxaraq, 90 dəqiqə oynayıb. Onun komanda yoldaşı olan digər müdafiəçi Bədavi Hüseynov 88-ci, “İnter”in sağ cinah müdafiəçisi Arif Daşdəmirov 82-ci dəqiqə meydana olmaqla, siftələrini reallaşdırıb.
İndi yığmamızın almaniyalı baş məşqçisi Berti Foqtsun Dubay toplanışına açıqladığı heyətdə debüt etməyən 2 futbolçu qaldı. Bunlar “Turan”ın qapıçısı Anar Nəzirovla Türkiyənin “Sivasspor” klubunun hücumçusu Cihan Özkaradır. Anar Hindistanla matçda ehtiyatda olduğu halda, Cihan hələ ki klubu tərəfindən buraxılmadığından, Fələstin yığması ilə sabahkı yoldaşlıq görüşündə Foqtsun sərəncamında olacaq.
Qeyd edək ki, Dubayda bundan öncə Sinqapur millisi ilə 2:2 hesablı bərabərliyə qaldığımız yoldaşlıq görüşündə də 3 futbolçu – Rizvan Umarov, Vüqar Əsgərov və Murad Ağayev debüt etmişdi.

0
0