Milli komandamızla birgə şam yeməyi
28.02.2012 - 11:28
Fevralın 27-də keçirilən Azərbaycan – Hindistan oyunundan (3:0) sonra hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində olan Premyer Liqası klublarının baş məşqçiləri və mətbuat nümayəndələri Azərbaycan milli komandası ilə birgə şam yeməyində iştirak ediblər. Apasport.az saytının məlumatına görə, millinin baş məşqçisi Berti Foqts klub məşqçiləri və jurnalistlərlə toplanış barədə ətraflı məlumat verib, geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, baş məşqçilərdən Rafiq Mirzəyev (AZAL), Fuad İsmayılov (“Kəpəz”), Bernard Raab (“Sumqayıt”) və Cüneyt Biçər (“Xəzər Lənkəran”) hazırda Dubaydadır. Qurban Qurbanov (“Qarabağ”), Bəhmən Həsənov (“Rəvan”) və Kaxaber Tsxadadzenin (“İnter”) millinin təlim-məşq toplanışını və Fələstin yığması ilə yoldaşlıq oyununu izləmək üçün bu gün BƏƏ-yə gələcək.
Mənbə: affa.az

0
0