“Sivasspor”un hücumçusu Berti Foqtsun sərəncamına gəldi
28.02.2012 - 12:00
“Sivasspor”un hücumçusu Berti Foqtsun sərəncamına gəldi
Azərbaycan milli komandasının düşərgəsinə daha bir futbolçu gəlib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Sivasspor” klubunun hücumçusu Cihan Özkara Dubay təlim-məşq toplanışına qatılan sonuncu milli üzvü oldu. Artıq məşq prosesində iştirak edən milliləşdirilən türkiyəli hücumçunun sabah Fələstin yığması ilə yoldaşlıq görüşündə meydana çıxmaqla, yığmamızda rəsmi debütü gözlənilir.

Yığmamızın baş məşqçisi Berti Foqtsun açıqladığı 26 nəfərlik heyətdə yer alan Cihan Sinqapur (2:2) və Hindistan (3:0) yığmaları ilə yoldaşlıq görüşlərində ehtiyatda da olmadı. Belə ki, Superliqa təmsilçisi ötən həftəsonu oyunu olduğuna görə Özkaranı həmin vaxt buraxmadı. FİFA-nın qaydalarına görə, klub futbolçunu yoldaşlıq görüşünə 2 sutka qalmış yığmaya buraxmaq hüququna malikdir.