“Dalğa Arena”da Gürcüstan yığması ilə 2 oyun
28.02.2012 - 12:07
“Dalğa Arena”da Gürcüstan yığması ilə 2 oyun
Azərbaycanın 17 yaşadək qızlar arasında yığma komandası (U-17) bu ilin payızında Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə növbəti yoldaşlıq görüşlərini keçirəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı Sissi Raytın baş məşqçisi olduğu yığmamız Gürcüstanın U-17-si ilə qüvvəsini sınayacaq. AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da martın 2-də 4-də keçiriləcək hər 2 matç saat 14:00-da başlayacaq.

Mənbə: affa.az