4650 gündən sonra
28.02.2012 - 12:19
20 illik yubileyini qeyd edən Azərbaycan millisi 4650 günlük qələbə həsrətinə son qoydu. Apasport.az saytının məlumatına görə, yığmamız 13 ildən sonra böyük hesablı qələbə qazandı.
XXI əsrdə ilk belə qələbəmiz Dubaydakı təlim-məşq toplanışında Hindistana 3:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə reallaşdı. “Qarabağ”ın hücumçusu Vüqar Nadirov oyunun 3-cü dəqiqəsində hesabı açıb. “Qəbələ”nin kapitanı Mahir Şükürov 43-cü dəqiqədə penalti zərbəsindən hesabı 2:0 edib. Oyun son nöqtəni 84-cü dəqiqədə sonradan meydana çıxan “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev qoyub.
Bu nəticə ilə 27 fevralın millimiz üçün düşərli tarix olduğu bir daha təsdiqləndi. Belə ki, ilk böyük hesablı qələbəmizi məhz həmin gün qazanmışıq. Bu, Kiprin Larnaka şəhərində Farer adaları yığması üzərində 3:0 hesablı qələbədir.
Bundan 1 il sonra Bakıda Türkmənistan yığmasına eyni aqibəti yaşatmışıq. Nəhayət, 1999-cu ilin iyunun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda bu dəfə Lixtenşteyn yığmasını böyük hesabla yenmişik. Darmadağınlarımızdan ən böyüyü məhz onda olub. Bu 4:0-lıq nəticənin digər özəlliyi ondadır ki, millimizin 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə ilk və hələ ki ən böyük hesablı qələbəsidir. İndiyə kimi hesabımızda olan 4 böyük hesablı qələbədən 3-ü 3:0, 1-i 4:0 olub.
Göründüyü kimi, Berti Foqts 2008-ci ilin aprelində baş məşqçisi olduğu yığmamızda ilk böyük hesablı qələbəsini qazandı. Bu, 44-cü matçında reallaşdı. 66 yaşlı almaniyalı mütəxəssis yubiley – 10-cu qələbəsini qazanmağı ilə darmadağın etməyi baxımından ilkə imza atdı.
Buna qədər böyük hesablı qələbələrimizi öz məşqçilərimiz – Kazbek Tuayev, Vaqif Sadıqov, Əhməd Ələsgərov imza atıb. Foqts bu nəticə ilə eyni zamanda həm özünün, həm də millimizin Dubayda ilk qələbəsini reallaşdırdı.
Azərbaycan milli komandasının böyük hesablı qələbələri
27 fevral 1996-cı il
Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Farer adaları – 3:0
Baş məşqçi: Kazbek Tuayev
22 mart 1997-ci il
Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Türkmənistan – 3:0
Baş məşqçi: Vaqif Sadıqov
5 iyun 1999-cu il
Bakı. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Lixtenşteyn – 4:0
Baş məşqçi: Əhməd Ələsgərov
27 fevral 2012-ci il
Dubay. Yoldaşlıq görüşü. Azərbaycan – Hindistan – 3:0
Baş məşqçi: Berti Foqts (Almaniya)
Qeyd edək ki, milli komandamız Hindistanla oyunda tarixində 33-cü qələbəsini qazandı.
Mehman SÜLEYMANOV

0
0