Mahir Şükürovu fərqləndirən standartlar
28.02.2012 - 13:10
Mahir Şükürovu fərqləndirən standartlar
“Qəbələ”nin kapitanı Mahir Şükürov Azərbaycan milli komandasının heyətindəki uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. Apasport.az-ın Qəbələ təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, yığmanın Dubayda təşkil olunmuş təlim-məşq toplanışında meydançaya çıxdığı hər iki oyunda – Sinqapur və Hindistanla qarşılaşmalarda fərqlənən Şükürov millidə vurduğu qolların sayını 3-ə çatdırıb.

Maraqlıdır ki, yığmanın heyətində 56 dəfə meydançaya çıxan Mahir keçirdiyi son 4 oyundan 3-də fərqlənib. “Qəbələ”nin kapitanı ilk qolu aktivinə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstana (3:2) qarşı Bakıda keçirilən görüşdə yazmışdı və Azərbaycanın asiyalılar üzərində qələbəsində böyük pay sahibi olmuşdu.

Mahir Türkiyə ilə səfər matçında qol vura bilməsə də, 2012-ci ilin ilk rəsmi qarşılaşmasında – Sinqapurla oyunda (2:2) “qol orucu”nu pozdu. Milli komandanın Hindistanı 3:0 hesabilə məğlub etdiyi matçda da Şükürov meydançanı “əliboş” tərk etmədi.

 OyunStart heyətindəKapitanDəqQolPenalti/dəqiqSarıQır
CƏMİ56503444132/211-
DÇ-200698-735--3-
AÇ-2008--------
DÇ-2010881720--2-
AÇ-201277-63011/12-
SEÇMƏ MƏRHƏLƏLƏRDƏ24231208511/17-


Qeyd edək ki, Mahir Şükürov karyerası ərzində vurduğu hər 3 qol standart vəziyyətlərdən reallaşıb – 2 penalti (Qazağıstan, Hindistan) və 1 cərimə zərbəsi (Sinqapur).