AFFA hər 2 komandaya məğlubiyyət verdi
28.02.2012 - 13:20
AFFA-nın Nizam İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, bugünkü yığıncaqda I divizion, müxtəlif yaş qrupları üzrə liqalarının oyunlarında baş verənlərlə bağlı qərarlar verilib. Həmçinin futzal üzrə Azərbaycan kubokunun baş tutmayan qarşılaşmalarında texniki nəticələr rəsmiləşib. “Qala” ilə matçda “Veqa”, “Baku Fire” ilə görüşdə “Azecolab” klubu iştirak etmədiyi üçün bu klublara 0:5 hesabı ilə texniki məğlubiyyət verilib. Bu komandaların iştirakı ilə baş tutmalı olan “Veqa” – “Azecolab” matçında isə hər iki klub iştirak etmədiyi üçün onların hər ikisinə 0:5 hesabı ilə texniki məğlubiyyət verilməsi qərara alınıb.
0
0