Berti Foqts: Futbolçular düzgün hərəkət etməyiblər
28.02.2012 - 13:43
Berti Foqts: Futbolçular düzgün hərəkət etməyiblər
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts otel qalmaqalına son qoyub. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis milli komandamızın 5 futbolçusu – Andrey Popoviç, Aleksandr Çertoqanov, Branimir Subaşiç, Vladimir Levin, Ufuk Budakın Sinqapur yığması ilə Dubaydakı təlim-məşq toplanışında 2:2 hesablı bərabərlik etdiyimiz yoldaşlıq görüşündən sonra internetdə çıxan fotonu şərh edib: “Futbolçular düzgün hərəkət etmədilər. Mən onları cəzalandırdım. Oyunçular üzr istədilər. Fikrimcə, bu mövzu artıq bağlanıb”.

Qeyd edək ki, Foqtsun Hindistanla oyun öncəsi cəzalandıraraq, kənarda qoyduğu futbolçuların internetdə oteldə əllərində siqaret və spirtli içkiləri birgə şəkli çıxıb.