Nazim Süleymanovun yolunun növbəti davamçısı
28.02.2012 - 14:36
Azərbaycan milli komandasında daha bir futbolçu qol hesabını açıb. Apasport.az saytının hesablamalarına görə, “İnter”in hücuma meylli yarımmüdafiəçisi Nizami Hacıyev yığmamızın 20 illik tarixində qol vuran 44-cü futbolçu olub. 24 yaşlı futbolçu bunu Dubaydakı təlim-məşq toplanışımızda 2-ci yoldaşlıq görüşümüz olan Hindistan yığması ilə matçda reallaşdırdı. Fevralın 27-də keçirilən matçın 68-ci dəqiqəsində Vüqar Əsgərovun yerində hücumda yer alan Hacıyev 16 dəqiqə sonra Əfran İsmayılovun ötürməsindən sonra rəqib qapısına yol tapmaqla, oyunda son nöqtəni qoyub – 3:0.
Bu, təkcə Nizaminin özü yox, millimiz və baş məşqçisi Berti Foqts üçün əlamətdar olub. Əvvəla, millimiz 2012-ci ildə və Dubayda ilk, Foqts ümumilikdə 10-cu qələbəsini qazanıb. Ən əsası, Hacıyevin qolu ilə millimizin 13 il gözlədiyi böyük hesablı qələbə rəsmiləşib.
Nizami millimizdə debütünü ötən ilin noyabrın 11-də Albaniya yığması ilə Tiranadakı oyunun 63-cü dəqiqəsində Vüqar Nadirovun əvəzləməklə, reallaşdırıb. Göründüyü kimi, Sinqapurla matçda iştirak etməyən gənc futbolçuya millidə ilk qolunu vurmaq üçün 2 oyun, daha dəqiq desək, 43 dəqiqə bəs edib.
Nizamiyə qədər isə hindistanlıların qapısına fasiləyə qədər 2 dəfə yol tapmışdıq ki, buna hücumçu Vüqar Nadirov 3-cü, sağ cinah yarımmüdafiəçisi Mahir Şükürovun 43-cü dəqiqədə (penaltidən) vurduğu qolla nail olmuşdu. “Qarabağ”ın 25 yaşlı hücumçusu yubiley oyununda fərqlənib. Belə ki, Vüqar millidə 40-cı matçında 4-cü qolunu vurub. Özü də Nadirov bunadək rəsmi oyunlarda fərqləndiyindən, yoldaşlıq görüşlərində ilk dəfə qola imza atıb. Vüqar Qazaxıstan yığması ilə səfər matçlarında (1:1, 1:2) və Avstriya millisi ilə ev oyununda (1:4) rəqib qapısına yol tapmışdı.
Özünə qarşı kobudluğa görə təyin edilən penaltini dəqiq yerinə yetirən Mahir isə yığmada 3-cü qolunu vurub. Özü də bu, 2-ci dəfə 11 metrlik zərbəsindən olur. “Qəbələ”nin 30 yaşlı kapitanı buna daha öncə Qazaxıstan yığması ilə Bakıdakı ötən seçmə mərhələdə ev oyununda (3:2) imza atıb. Şükürovun Sinqapurla matçda (2:2) cərimə zərbəsindən qol vurduğunu nəzərə alsaq, standart vəziyyətlərdən yaxşı istifadə etdiyini görərik. Millidə 56 matç keçirən sağ cinah oyunçusu son 4 oyunundan 3-də fərqlənib.
Yığmamızda 44 qol vuran futbolçu arasında bombardir Qurban Qurbanovdur. Son 4 ildə “Qarabağ”ın baş məşqçisi olan keçmiş hücumçu 14 dəfə fərqlənib. Onun ən yaxın izləyiciləri hərəyə 7 qol vuran Vaqif Cavadovla Elvin Məmmədovdur.
Qeyd edək ki, millimizdə ilk qolun müəllifi Dubay toplanışı öncəsi məşqçi təyin edilən Nazim Süleymanovdur. 47 yaşlı keçmiş hücumçu yığmamızın tarixində ilk oyunda - 1992-ci ilin sentyabrın 17-də Gürcüstan millisinə səfərdə 3:6 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə fərqlənib.
Mehman SÜLEYMANOV

0
0