Yığmamızın sonuncu pillədən qurtulmaq şansı
28.02.2012 - 14:45
Yığmamızın sonuncu pillədən qurtulmaq şansı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları sabah keçiriləcək. Apasport.az saytının məlumatına görə, VIII qrupda mübarizə aparan Azərbaycan milli komandası İslandiya yığması ilə üz-üzə gələcək. Keçirdiyi 4 oyunda qələbəyə həsrət qalıb 1 xalla kifayətlənən Bernard Lippert fevralın 29-da, saat 18:00-da şimallıları məğlub etməyə cəhd edəcək. AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək görüş millimizin sonuncu pillədən qurtulması üçün şans olacaq. Qələbə halında yığmamız İslandiya ilə yerini dəyişəcək.

29 fevral
U-21-lər arasında Avropa çempionatının VIII seçmə qrupu


18:00. AZƏRBAYCAN - İSLANDİYA
Hakimlər: Emir Alekoviç, Momir Sirko, Dmitri Mosyakin, Darko Obradoviç (hamısı Bosniya və Herseqovina)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
“Dalğa Arena” stadionu.

22:00. İngiltərə - Belçika

1İngiltərə540117-312
2Belçika522111-88
3Norveç42117-47
4İslandiya41032-113
5AZƏRBAYCAN40133-141