“Barselona”nın futbolçusu cizgi filmində! - FOTO
28.02.2012 - 15:29
“Barselona”nın futbolçusu cizgi filmində! - FOTO
“Barselona”nın aparıcı futbolçularından olan Andreas İnyesta maraqlı təklif alıb. Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının 28 yaşlı yarımmüdafiəçisinə Böyük Britaniya rejissorların çəkdiyi cizgi filmində personajlarından birini səsləndirmək təklif olunub. Bunu qəbul edən İnyesta “Piratas Pirados!” filminin qəhrəmanların birini səsini çıxaracaq.

Yaxında ata olan Andreas cizgi filmində iştirak etmək ideyasından heyrandır. Onun əsas motivasiyası odur ki, qızı cizgi filminə baxarkən, atasını tanıya biləcək. Futbolçu personajı olan quldur Albinonu “utancaq və ədalətli” adlandırıb.