Milli komandaların avqustdakı oyunları ləğv olunacaq
28.02.2012 - 16:05
Milli komandaların yoldaşlıq oyunları üçün hər ilin avqust ayında xüsusi gün ayrılır. Lakin buna tezliklə son qoyulacaq. Apasport.az saytının məlumatına görə, Avropa Klublar Assosiasiyasının rəhbəri Karl-Hayns Rummenigge bu məsələnin həllini tapdığını açıqlayıb. O, qurumun Polşanın Varşava şəhərində keçirilən baş Assambleyasında bildirib ki, bu yöndə UEFA ilə aparılan danışıqlar artıq müsbət nəticəsini verib. Yəni bundan sonra yığmaların beynəlxalq oyunların təqvimində avqustun hansısa günü olmayacaq. Lakin hələ FİFA məsələyə münasibətini açıqlamayıb.
0
0