Sergey Yuran: İndi onların hər ikisi acdır
28.02.2012 - 16:32
Sergey Yuran: İndi onların hər ikisi acdır
“Əlbəttə, Andrey Arşavin, Diniyar Bilyaletdinov və Roman Pavlyuçenkonun İngiltərədən Rusiyaya qayıtmağı yığmamızın xeyrinə olacaq. Ən azı ona görə ki, hər birinin daimi oyun praktikası olacaq. Bu, yığma üçün çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Simurq”un baş məşqçisi Sergey Yuran deyib. Rusiya milli komandasının sabiq hücumçusu vaxtilə oynadığı İngiltərədə çıxış edən həmyerlilərinin vətənə dönüşündən danışıb.

Yurandan yığmasının aparıcı futbolçularının “Arsenal”, “Everton”, “Tottenhem”də özlərini göstərməməyinin səbəbini soruşublar: “Bunu demək çətindir. Çox güman ki, onlara xarakter çatmayıb. Həmin 3 futbolçudan öz əvvəlki səviyyəsinə çıxıb, yenidən Rusiya klubunun lideri olmaq Arşavinə çətin olacaq. “Zenit”in azarkeşləri ondan həmişə meydanda möcüzə gözləyəcəklər. Bu isə adətən futbolçunun əl-qolunu bağlayır və tam gücü ilə oynamağa imkan vermir. Buna görə belə variant var ki, “Zenit”in Andreyi “Arsenal”dan icarəyə götürməyi səhv addım sayılacaq”.
Rusiyalı çalışdırıcının fikrincə, Pavlyuçenko ilə Bilyaletdinovun şansı daha yaxşıdır: “Onların yenidən Rusiyada yüksək səviyyədə oynamaq planında şansı mənim üçün daha üstün görünür. İndi onların hər ikisi oynamaq üçün acdır. Bir də ki keçdiyi klublar – “Lokomotiv”lə “Spartak”in vəzifəsi “Zenit”lə müqayisədə yüksək deyil”.