Azərbaycan – Fələstin oyunu canlı yayımda
28.02.2012 - 15:50
Azərbaycan – Fələstin oyunu canlı yayımda
Fevralın 29-da, saat 17:30-da, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “The Sevens” stadionunda Azərbaycan və Fələstin milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, qarşılaşma www.affatv.az saytında azarkeşlərə nümayiş olunacaq. Bundan əlavə, radio dinləyiciləri 105 FM tezliyində yayımlanan Azərbaycan radiosunda qarşılaşmanın canlı reportajını dinləyə bilərlər.

Mənbə: affa.az