Fələstin silləsi - YENİLƏNİB
29.02.2012 - 19:29
Fələstin silləsi - YENİLƏNİB
Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışını məğlubiyyətlə başa vurub. Apasport.az saytının məlumatına görə, almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu milli komandamız tarixində ilk dəfə görüşdüyü Fələstin yığmasına uduzub.

Oyunda əsas hadisələr ilk hissədə olub. Belə ki, millimiz fasiləyə az qalmış qolu buraxdıqdan dərhal sonra yerli hakim yarımmüdafiəçimiz Rəşad Sadiqova 1 dəqiqədə 2 sarı vərəqə göstərərək, onu meydandan çıxarıb. Yığmamız fasilədən sonra 10 nəfərlə daha yaxşı oynasa da, hesabı bərabərləşdirə bilməyib. Əvəzində matçın axırında daha bir qol buraxan Foqtsun yetirmələrinin bu il ilk məğlubiyyəti reallaşıb – 0:2.

Qeyd edək ki, sabah Vətənə dönəcək millimiz fevralın 22-dən başlayan Dubay toplanışında Sinqapurla 2:2 hesablı heç-heçə edib, Hindistana 3:0 hesabı ilə qalib gəlib.




29 fevral
AZƏRBAYCAN – FƏLƏSTİN- 0:2
QOLLAR: Əşrəf Əlfavaqra, 39, Əbuhəbib, 79
Qırmızı vərəqə: Rəşad Sadiqov, 41
Baş hakim: Əli Həmad (Birləşmiş Ərəb Əmirlikləri)
Baş hakimin köməkçiləri: Saleh Əlmarzoqi, Məhəmməd Əbdallah, Yaqup Qasem (hamısı Birləşmiş Ərəb Əmirlikləri)
Dubay. “The Sevens” stadionu

AZƏRBAYCAN: 1.Kamran Ağayev, 4. Mahir Şükürov, 6. Rəşad Sadiqov, 9. Bədavi Hüseynov, 10. Branimir Subaşiç, 11. Rauf Əliyev, 13. Hacı Əhmədov, 14. Rəşad Sadıqov (k), 16. Arif Daşdəmirov, 17. Vüqar Nadirov, 20. Ufuk Budak

FƏLƏSTİN: 21. Əli Tahfik, 23. Omər Caron, 8. Əhməd Mahayna, 2. Raed Fares, 15. Musa Əbucazar, 3. Hüsam Əbusalah, 14. Mohammed Şbair, 20. Mali Kavare, 11. Xaled Salem, 9. Əşrəf Əlfavaqra, 10. Fahed Attal (k)

Komandalar meydana çıxır.
İndi hər iki ölkənin dövlət himni səslənəcək.
Öncə Fələstin, ardınca Azərbaycan yığmasının himni ifa olunur.
Oyuna Fələstin millisi başladı.
Rəqib qarşılaşmaya fəal başladı. Rəşad Sadıqov topu kornerə çıxarır.
Qapımız qarşısında təhlükləli vəziyyət yarandı.
Amma rəqib topu saxlamaq istəyərkən, müvazinəti itirib Kamranın qarşısında yerə yıxılır.
Mahir Şükürovun təxminən 40 metrdən cərimə zərbəsi qapıdan aralı keçir.
Rəşad rəqibin qapıçı ilə üzbəüz çıxmasının qarşısını alır.
Rauf Əliyevə qarşı kobudluq edilir.
Mahirin qapı qarşısına asmasına Rauf zərbə vura bilmir.
Subaşiçin qapıya zərbəsi müdafiəçiyə dəyib meydandan çıxır. Korner.
Sadiqovun ötürməsindən sonra Şükürov ofsayda düşür.
Qol. Rəqib hesabı açır.
Komandamızın süni ofsayd yaratmaq cəhdi baş tutmadı. Əşrəf Əlfavaqra Kamranı da aldadıb topu boş qapıya göndərir.
Rəşad Sadiqov sarı vərəqə ilə cəzalandırılır.
Hakimin qərarına etiraz etdiyi üçün Sadiqov qarşısında qırmızı vərəqə görür.
Subaşiç də sarı vərəqə "qazanır".
Hakim ilk yarıya 1 dəqiqə əlavə edir.
Birinci hissə başa çatdı.

İkinci hissə başladı.
Subasiç, Mahir və Hacının yerinə müvafiq olaraq, Əfran İsmayılov, Aleksandr Çertoqanov və Cihan Özkara çıxır.
Yığmamız hesabı bərabətləşdirmək üçün yaxşı fürsət yaxlayır.
Əfran sağ cinahdan irəliləyib, qapı ömnünə ötürmə verir. Amma Rauf yaxın məsafədən dəqiq zərbə vurmağa gecikir.
Bəxtmiz gətirdi. Küncə zərbəsindən sonra rəqib 2-3 metrdən "çərçivə"yə düşə bilmədi.
Əfran cərimə meydançasında yıxılsa da, hakim qaydanın pozulmadığını bildirir.
Nizami Hacıyev Vüqar Nadirovu əvəz edir.
Yığmamız yenə hesabı bərabərləşdirməyə yaxın olur. Rauf rəqibdən sıyrılıb, qapıya zərbə vurur. Qapıçı çətinliklə topu qaytarır.
Əfranın zərbəsindən sonra müdafiəçi topu kornerə çıxarır.
Millimiz 10 nəfərlə daha yaxşı oynayır.
Azərbaycansayağı korner - Rəşadın zərbəsi qapının üstündən keçdi.
Nizami Cihanın ötürməsini saxlamadan qapıya vurur. Zərbə təhlükəli olsa da, qeyri-dəqiq alındı.
Bu dəfə millimizin bəxti gətirir. Fələstinlərin zərbəsi qapıdan azca aralı keçdi.
Hakim kobud oynadığı üçün Bədavi Hüseynova sarı vərəqə göstərir.
Cihan 100 faizlik qol şansını boşa verir.
O, Nizaminin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxır. Amma Cihanın zərbəsi qapının üstündən keçdi.
Qol. Rəqib fərqi 2 topa çatdırır. Atef Əbubilal fərqlənir.
Hakim oyuna 4 dəq əlavə edir.
Millimizin sol cinahdan hücumu. Müdafiəçilər topu meydandan çıxarır.
Qarşılaşma başa çatdı.