“Antibiotik qəbul edirəm, nə konyak!?”
29.02.2012 - 00:03
Azərbaycan yığmasının milliləşdirilən serbiyalı futbolçusu Branimir Subaşiçin apasport.az saytının Dubaya ezam olunan əməkdaşına müsahibəsi
- Milli komandamız artıq 2 yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Bu oyunlarla bağlı fikirlərinizi bilmək istərdik...
- Sinqapurla müqayisədə, Hindistanla qarşılaşma daha yaxşı alındı. 3 qol vuraraq, böyük hesablı qələbə qazandıq. Ancaq daha çox fərqlənmək imkanımız vardı. Fikrimcə, belə nəticə də pis deyil.
- FİFA reytinqində yığmamızdan aşağı pillələrdə qərarlaşmış Sinqapurla 2:2 hesablı nəticəni yaxşı saymaq olar?
- Həmin qarşılaşma bizim üçün uğursuz alındı. Biz qalib gəlməli idik. Ancaq nəzər alaq ki, bu, yoldaşlıq görüşü idi, hazırlıq prosesi keçirik. Bir faktı da vurğulayaq ki, milli 3 aylıq fasilədən sonra bir araya gəlib. Matçın sonlarında “boşaldıq” və nəticədə qələbəni əldən verdik. Fikrimcə, Sinqapurla yenə oynasaq, qalib gələrik.
- Yığmamız bu gün sonuncu yoldaşlıq görüşündə Fələstinlə qarşılaşacaq. Hansı ki, bu komanda əvvəl qarşılaşdığımız hər 2 rəqibdən zəif sayılır...
- Düzünü deyirəm, Fələstin millisi barədə heç nə bilmirəm. Ona görə də, fikir bildirməkdə çətinlik çəkirəm.
- İnternet saytlarındakı məlum şəkillə bağlı nə düşünürsünüz?
- Həmin gün biz futbolçulara istirahət verilmişdi. Kimsə bundan istifadə edib, şəhərə gəzməyə çıxdı. Mən isə gecə saat 00:15-də otelə qayıtdım. Bütün varlığımla and içirəm ki, həmin vaxt oteldə idim. Şəhəri, restoranları gəzdik. Hər halda, biz də istirahəti belə keçirdik. Amma mən spirtli içki qəbul etməmişəm. Həmin şəkli saytda yerləşdirən jurnalistlə görüşəcəyəm. Yazıb ki, əlimdəki qədəhin içində konyak var. Antibiotik qəbul edirəm, nə konyak!?
- Hər halda, futbolçuların əllərində spirtli içki və siqaretin olması tənqidlərə səbəb olub...
- Mən uzun müddətdir Azərbaycanda çıxış edirəm. Yığmada 45 oyun keçirmişəm. Evimdən çox uzağam. Burada darıxıram, lakin pul qazanıram. Azərbaycanın vətəndaşlığını qəbul edəndə, hansı addım atdığımı bilirdim. Yığmanın heyətində hər çıxışımda nə bacarıramsa, onu da ortaya qoyuram. Mənimlə bağlı heç vaxt problem olmayıb. Yenə deyirəm, mən spirt qəbul etməmişəm. Həmin jurnalist yanımızda olmaya-olmaya necə iddia edə bilər ki, həmin içkinin tərkibində 60-70 faiz spirt var.
- Deyəsən, bu hadisə sizə əməlli-başlı təsir edib...
- Açıq deyirəm, çox üzgünəm. Ölkənizdə pul qazansam da, meydanda necə can yandırdığımı görmüsünüz. Hətta bunun üçün sağlamlığımı da qurban verirəm. Azərbaycan mənim ikinci Vətənimdir, mənə doğmadır. Burada çoxlu dostlarım var. Mən haqqımda bunu yazan adamı tapacağam. Belə şeyi yazmaq ayıbdır. İstirahət günümüz idi, şəhərə gəzməyə çıxmışdıq. Burada nə var ki? Hər halda, biz də insanıq.
- Bəs baş məşqçi Berti Foqts bu məslə ilə bağlı sizə konkret nə dedi?
- O, bizi başa düşdü. Dedi ki, bəs bu şəkil nədir? Bunu bizə irad tutdu. Şəkli internetə qapıçımız Andrey Popoviç qoyub. Gəncdir, 20 yaşı var. Yəqin ki, lovğalanıb. Ancaq bu normal hərəkət deyil. Qardaş açıq deyirəm, mən belə reklam olunmaq istəmirəm.

0
0